Bazar, 22 Noyabr, 2026
Tarix: 22 Nov 2026 11:00
Rusiyanın Krasnodar şəhərində noyabrın 22-nə keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiya Milli Qvardiyasının (Rosqvardiya) regional idarəsinin yerləşdiyi ərazidə yanğın baş verdiyi bildirilir.
APA xəbər verir ki, bu barədə Rusiyanın “ASTRA” nəşri məlumat yayıb.
Nəşrin foto və videomateriallar əsasında apardığı təhlilə görə, yanğın ehtimal ki, Krasnodarın Çerkasskaya küçəsi, 70 ünvanında yerləşən Rusiya Milli Qvardiyasının Baş İdarəsinin ərazisində baş verib.
Yerli sakinlər şəhərdə partlayış səslərinin eşidildiyini və tüstü müşahidə olunduğunu bildiriblər.
Hücum zamanı Krasnodar hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Yerli hakimiyyət orqanları PUA hücumunun dəf edildiyini açıqlayıblar.
Rusiya Krasnodar Rosqvardiya pilotsuz uçuş aparatları PUA hücumu yanğın ASTRA
Mənbə: apa.az