Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 12:28
Ötən il Gürcüstan Azərbaycandan 417,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.
2024-cü illə müqayisədə elektrik enerjisinin həcmi 231,33 milyon kilovatt/saat və yaxud 2,2 dəfə artıb.
Hesabat ilində Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 1,5 milyard kilovat/saatdan çox olub ki, bu da illik müqayisədə təqribən 27% çoxdur. Qonşu ölkə Rusiya, Ermənistan və Türkiyədən müvafiq olaraq 971,2 milyon kilovat/saat, 128,5 milyon kilovat/saat və 40,5 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib.
2025-ci ildə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 594,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub ki, bu da illik nisbətdə 41% azdır.
Cəmilə Babayeva Gürcüstan Azərbaycan elektrik enerjisi idxalı