ABŞ-da kibercinayətlərlə bağlı şikayətlərin sayı 1 milyonu ötüb

ABŞ-da kibercinayətlərlə bağlı şikayətlərin sayı 1 milyonu ötüb

Tarix: 22 Nov 2026 19:47

ABŞ-da kibercinayətlərlə bağlı daxil olan illik şikayətlərin sayı bir milyonu ötüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) 800 minə yaxın kiberinsident barədə məlumat daxil olub. Son göstəricilərə əsasən, bu rəqəm bir milyona çatıb.

C.Kleyton kibertəhdidlərin real təhlükə olduğunu vurğulayıb. O, eyni zamanda ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxlaya bildiyini bildirib.

ABŞ kibertəhlükəsizlik kibercinayətkarlıq kiberinsident FTB Cey Kleyton Milli Kəşfiyyat İdarəsi CNN

Mənbə: apa.az

Xəbər Lenti