Hövsanda açıq ərazidə yanğın başlayıb

Hövsanda açıq ərazidə yanğın başlayıb

Tarix: 27 Aug 2026 19:03

Hövsan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi FHN yanğın

Mənbə: apa.az

Xəbər Lenti