Xaçmazda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb

Xaçmazda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb

Tarix: 22 Nov 2026 23:31

Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova Xaçmaz avtomobil qəzası
Xaçmazda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb
Xaçmazda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb

Mənbə: apa.az

Xəbər Lenti