Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 03:38
Rusiyanın ən iri neft-kimya müəssisələrindən biri olan “Salavat” kompleksi Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra fəaliyyətini dayandırıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisənin hər iki ilkin neft emalı qurğusu və bir sıra digər istehsal avadanlıqları zədələnib.
Mənbələr təmir işlərinin bir neçə həftə, hətta aylarla davam edə biləcəyini bildiriblər.
Rusiya Salavat Reuters
Mənbə: apa.az