SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb

SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb

Tarix: 16 Jul 2026 04:14

İranın hərbi əməliyyatları hazırda ABŞ-ın Fars körfəzi bölgəsindəki hücum xarakterli hərbi infrastrukturuna qarşı yönəlib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi, general Hüseyn Mohebi bildirib.

Onun sözlərinə görə, İran ABŞ-ın hazırkı döyüş taktikasını ölkəyə qəbul etdirə bilməyəcəyini hesab edir.

General əlavə edib ki, Tehran münaqişənin ABŞ-ın istədiyi kimi tükəndirmə müharibəsinə çevrilməsinə imkan verməyəcək.

İran SEPAH Fars körfəzi

Mənbə: apa.az

Xəbər Lenti