Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 07:16
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyə meylli olduğu bildirilir.
Bu barədə "The Wall Street" Journal məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evdə keçirilən müşavirələrdə İran ərazisinə zərbələrin gücləndirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara quru qoşunlarının göndərilməsi və İranın enerji infrastrukturuna zərbələr endirilməsi kimi variantlar müzakirə olunur.
Qəzet qeyd edir ki, yekun qərar hələ qəbul edilməyib.
ABŞ Donald Tramp İran
Mənbə: apa.az