Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 06:54
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 2 milyard dollar dəyərində raket yönləndirmə sistemlərinin mümkün satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, sövdələşmə çərçivəsində krallığa 20 minədək APKWS-II lazerlə idarə olunan raket dəsti və digər hərbi avadanlıqların satılması nəzərdə tutulur.
Əsas podratçı şirkət kimi BAE Systems çıxış edəcək.
ABŞ Səudiyyə Ərəbistanı silah satışı
Mənbə: apa.az