Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 08:27
Rusiya iyulun 16-na keçən gecə Kiyevə ballistik raketlərlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.
Bu barədəd "Glavred.info" Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, Svyatoşın rayonunda raket anbar binalarına düşüb.
Darnitski rayonunda isə raketin qalıqları qeyri-yaşayış tikililərinin yerləşdiyi əraziyə düşüb, digər ünvanda isə qeyri-yaşayış binasına zərbə endirilib.
Kliçko qeyd edib ki, həm Svyatoşın rayonundakı anbarlarda, həm də Darnitski rayonundakı qeyri-yaşayış ərazilərində yanğınlar baş verib.
*** 02:53 Rusiya iyulun 16-na keçən gecə Kiyevə növbəti dəfə ballistik raketlərlə hücum edib.
Bu barədə RBK-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasına və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, saat 00:47-də paytaxtda ballistik silahlardan istifadə təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib və sakinlər sığınacaqlara getməyə çağırılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, əvvəlcə Kiyev istiqamətində bir, daha sonra isə azı üç ballistik raket buraxılıb.
Bundan sonra şəhərdə güclü partlayışlar baş verib.
Kiyev Rusiya ballistik raketlər


Mənbə: apa.az