Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Tarix: 16 Jul 2026 09:35

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 dollar və ya 0,37% artaraq 86,83 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 86,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Emil İsmayılov Azərbaycan nefti Azeri Light

Mənbə: apa.az

Xəbər Lenti