Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 11:13
Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.
Mənbə: apa.az