Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 11:43
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ixrac olunan neftin 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd olunur ki, bu ilin birinci yarısında Azərbaycanda 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib”, - məlumatda qeyd olunur.
Emil İsmayılov Energetika Nazirliyi neft hasilatı neft ixracı AÇG ŞahdənizMənbə: apa.az