Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Tarix: 17 Jul 2026 11:25

Bu ilin birinci yarısında Azərbaycandan xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ixrac edilən qazın 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyanın payına düşüb.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib.

“Hasil edilmiş qazın 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunur.

Emil İsmayılov Energetika Nazirliyi qaz ixracı Avropa Türkiyə Suriyə Gürcüstan

Mənbə: apa.az

Xəbər Lenti