Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 11:18
Bu ilin birinci yarısında Azərbaycanda 2,9 mln. ton neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Emil İsmayılov Energetika Nazirliyi neft emalı NEZMənbə: apa.az