Kobaxidze Azərbaycanla imzalanmış sazişləri təsdiqləyib

Kobaxidze Azərbaycanla imzalanmış sazişləri təsdiqləyib

Tarix: 17 Jul 2026 13:37

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qazın tədarükü, elektrik enerjisinin təchizatı və tranziti haqqında imzalanmış sazişlərlə bağlı fərmanlar imzalayıb.

APA-nın yerli bürosu xəbər verir ki, sənədlərlə iki ölkənin hökumətləri arasında bu ilin mayın 18-də Bakıda bağlanmış hər iki saziş təsdiqlənib və qüvvəyə minib.

Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların Gürcüstan tərəfindən yerinə yetirilməsi barədə Azərbaycan tərəfini, sazişlərin bağlanması barədə Gürcüstan parlamenti və Prezidentini məlumatlandırmaq həvalə olunub.

Hər iki fərman dərc edildiyi gündən – iyulun 15-dən qüvvəyə minib.

Cəmilə Babayeva Gürcüstan Kobaxidze Azərbaycan sazişlər

Mənbə: apa.az

Xəbər Lenti