Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 13:56
Yapı Kredi Bank Azərbaycan 2026-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən rübü uğurla bitirən bankın 2026-ci ilin ikinci rübün sonuna xalis mənfəəti 4.8 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 40% artaraq 32.5 milyon manat, qeyri-faiz gəlirləri 7% artaraq 14.6 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20.8 milyon manat olmuşdur.
Keçən ilin sonu ilə müqayisədə bankın ümumi aktivləri 10% artaraq 871 milyon manat təşkil etmişdir.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 6% artaraq 497 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 335 milyon manat, istehlak kreditləri portfeli 95 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 67 milyon manat təşkil edibdir.
Bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 9% artaraq 573 milyon manat təşkil etmişdir, o cümlədən hüquqi şəxslərin depozitləri 469 milyon manat, fiziki şəxslərin depozitləri 104 milyon manat təşkil etmişdir.
2026-cı ilin 2-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 13.6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 15.4% olmuşdur.
Bankın rəqəmsal transformasiya və inkişaf istiqamətində həyata keçirdiyi investisiyalar davam etdirilir. Bu investisiyaların müsbət təsirlərinin qarşıdakı dövrlərdə bankın gəlirliliyinə daha əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Bankın tutulmalardan sonra məcmu kapitalı 111 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
APA-Economics Yapı Kredi Bank AzərbaycanMənbə: apa.az