Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 13:05
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.
Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.
Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.
Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.
https://t.me/apa_az/122892Fərid Əkbərov Ceyhun Bayramov Sergey Lavrov


Mənbə: apa.az