Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür

Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür

Tarix: 17 Jul 2026 17:07

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə "3+3" regional əməkdaşlıq platformasının inkişaf üçün böyük potensiala malik olduğunu bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.

"Biz kollektiv Qərb ölkələrinin Cənubi Qafqazdan geosiyasi qarşıdurma meydanı kimi istifadə etmək cəhdlərini müzakirə etdik. Bu kontekstdə Cənubi Qafqazın üç ölkəsini – Azərbaycan, Ermənistan və Gürcüstanı, eləcə də onların qonşuları olan Rusiya, İran və Türkiyəni birləşdirən "3+3" platformasının regional əməkdaşlıq baxımından əhəmiyyətli potensiala malik olduğunu görürük", – Lavrov bildirib.

Onun sözlərinə görə, bu mexanizm region ölkələri və onların qonşularına kənardan destruktiv müdaxilə olmadan bütün regional problemləri öz səyləri ilə həll etməyə imkan yaratmaq məqsədi daşıyır.

"Bu platforma istənilən regional çağırışın məhz region dövlətləri və onların qonşuları tərəfindən, xarici dağıdıcı müdaxilə olmadan həllinə xidmət edir", – Rusiya XİN başçısı vurğulayıb.

Fərid Əkbərov "3+3" regional əməkdaşlıq platforması Lavrov

Mənbə: apa.az

Xəbər Lenti