Azərbaycan XİN rəhbəri Ermənistanla danışıqların müsbət məcrada davam edəcəyinə ümidvardır

Tarix: 14 May 2024 13:16

Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar.

APA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - nazir əlavə edib.

Nazir onu da bildirib ki, bu, prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır: “Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”.

Xəbər Lenti