Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq

Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq

Tarix: 21 Jul 2026 16:13

Birgə bəyannamə ilə münasibətlərimizin daha da inkişafı üçün mühüm təməl qoyuruq.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etməsindən çox məmnunam. Prezident Ştaynmayer 2025-ci ilin yazında Almaniya dövlət başçısı kimi ilk dəfə Azərbaycana səfər etdi. Bu il parlamentlər arasında intensiv mübadilə həyata keçirilir. Bu gün birgə bəyannamənin imzalanması ilə münasibətlərimizin daha da inkişafı üçün mühüm təməl qoyuruq”, - Fridrix Merts qeyd edib.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti