Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Tarix: 22 Jul 2026 14:31

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.

Firuzə Vahid Müəllim və şagirdlər üçün geyim tələbləri vahid yanaşma

Mənbə: apa.az

Xəbər Lenti