İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək

Tarix: 24 Jul 2026 13:33

İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti