İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO

İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər - FOTO

Tarix: 24 Jul 2026 14:14

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşüb.

APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin sosial şəbəkə hesablarında bildirilib.

Qeyd edilib ki, nazirlər Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.

Rusiya Xarici İşlər Nazirliyi Lavrov və Əraqçinin Qırğızıstandakı danışıqlarının təfərrüatlarını açıqlayıb.

Bildirilib ki, nazirlər Fars körfəzindəki hazırkı gərginliyi və münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə ediblər.

"Rusiya tərəfi bölgədə sabitliyi, təhlükəsizliyi bərpa etmək üçün hərbi əməliyyatlara son qoymağın, tez bir zamanda davamlı razılaşmaların əldə edilməsinin vacibliyini vurğulayıb", məlumatda deyilir.

Firuzə Vahid İran Rusiya Abbas Əraqçi Sergey Lavrov

Mənbə: apa.az

Xəbər Lenti