Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 15:00
Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib.
APA xəbər verir ki, bu barədə Özbəksitan XİN-in “X” hesabında bildirilib
Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib.
Firuzə Vahid

Mənbə: apa.az