XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır

Tarix: 28 Jul 2026 11:38

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub".

APA xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib.

"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır", - o bildirib.

Azərbaycan XİN Ayxan Hacızadə Rusiya Ermənistan Zaxarova

Mənbə: apa.az

Xəbər Lenti