Elçin Hüseynli Azərbaycanın Hindistanda səfiri vəzifəsindən geri çağırılıb, İtaliyada səfir təyin edilib

Elçin Hüseynli Azərbaycanın Hindistanda səfiri vəzifəsindən geri çağırılıb, İtaliyada səfir təyin edilib

Tarix: 28 Jul 2026 14:00

Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elçin Hüseynli Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mənbə: apa.az

Xəbər Lenti