Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Tarix: 28 Jul 2026 19:23

"Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır".

APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu il dönümünə həsr olunmuş tədbirdə deyib.

"İki ölkə başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri möhkəm inkişaf dinamikasını qoruyub saxlayır, müxtəlif sahələr üzrə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir. Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı daha da dərinləşdirməyə, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına yeni töhfələr verməyə hazırdır", - səfir deyib.

İlqar Xudiyev Çin ordu

Mənbə: apa.az

Xəbər Lenti