Nazir müavini: Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına töhfə verir

Nazir müavini: Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına töhfə verir

Tarix: 29 Jul 2026 13:35

Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına töhfə verir.

Bunu APA-ya müsahibəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına hər zaman dəyərli töhfələr vermiş dövlətdir: “BMT çərçivəsində həm Baş Assamblyeda, həm Təhlükəsizlik Şurasında aparılan müzakirələrə töhfələr vermişik, fəal iştirak edirik. Biz beynəlxalq sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına iki zabiti ilə töhfə verir. Bu fəaliyyətin əlaqələndirilməsi Beynəlxalq Təhlükəsizlik İdarəsi vasitəsilə həyata keçirilir”.

Firuzə Vahid Yalçin Rəfiyev beynəlxalq sülh BMT sülhməramlı missiya Cənubi Sudan

Mənbə: apa.az

Xəbər Lenti