XİN Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda təmsilçiliyinin artırılması üçün yeni layihə üzərində işləyir

XİN Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda təmsilçiliyinin artırılması üçün yeni layihə üzərində işləyir

Tarix: 29 Jul 2026 14:19

“Son zamanlar çoxtərəfli diplomatiyada Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda seçkili orqanlara seçilməsi, katiblik orqanlarında işlə təmin olunmasına dəstək məqsədilə ayrıca bir istiqaməti inkişaf etdiririk”.

Bunu APA-ya müsahibəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, ümumilikdə beynəlxalq təşkilatlarda azərbaycanlıların təmsilçiliyinin artırılmasının iki istiqaməti var: “Bunun biri seçkili orqanlarda təmsilçilikdir. Yəni bizim vətəndaşlarımız və ya dövlət qurumlarımız öz əməkdaşlarının namizədliyini irəli sürür, Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimiz də həmin namizədin dəstək toplaması istiqamətində ciddi fəaliyyət aparır. İkincisi isə Katiblik orqanlarında işə qəbul məsələsidir. Yəni namizəd işə qəbul üçün müraciət edir və çox rəqabətli bir işə qəbul prosesinə daxil olur. Burada bəzən müəyyən vəzifələrdə dövlətin dəstəyinə ehtiyac yaranır. Bizim bununla bağlı gələcəkdə icra etməyi planlaşdırdığımız ciddi layihə var. Bu da ümumiyyətlə vətəndaşlarımızın işə qəbul prosesi ilə bağlı məlumatlandırılmasını nəzərdə tutur. Bununla bağlı maarifləndirmə prosesini nəzərdə tutan layihə üzərində işləyirik. Bu, ciddi yenilik gətirəcək və vətəndaşlarda dövlətin bu istiqamətdə dəstəyinə ümid yaradacaq”.

Firuzə Vahid Yalçin Rəfiyev diplomatiya beynəlxalq təşkilatlar təmsilçilik

Mənbə: apa.az

Xəbər Lenti