Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub

Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub

Tarix: 29 Jul 2026 19:40

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, K.Xasiyev 2021-ci il iyulun 23-də Azərbaycanın Serbiyada səfiri vəzifəsinə təyin olunmuşdu.

Mənbə: apa.az

Xəbər Lenti