Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 13:08
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, siyahıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə aşağıdakı bəndlər əlavə edilib:
-Aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri;
-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri;
-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri;
-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri.
Firuzə Vahid Xüsusi dövlət rabitəsi vəzifəli şəxslər siyahıMənbə: apa.az