Cümə axşamı, 30 İyul, 2026
Tarix: 30 Jul 2026 16:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşıladılar.
Ramiz Mikayıloğlu Prezident İlham Əliyev Qırğızıstan səfərMənbə: apa.az