“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq

Tarix: 31 Jul 2026 08:40

Bugünkü görüşün əsas siyasi nəticəsi “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olacaq

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

“Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir. Ümid edirik ki, bugünkü danışıqlar ənənəvi olaraq qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq şəraitində keçəcək. Danışıqların yekununda ikitərəfli əlaqələrin gələcək inkişafına xidmət edəcək mühüm razılaşmalar əldə olunacaq. Həmin razılaşmaların ardıcıl icrası ümumi məqsədimizə nail olmağa, Qırğızıstan və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Bugünkü görüşün əsas siyasi nəticəsi isə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olacaq. Sizi və bütün Azərbaycan nümayəndə heyətini qonaqpərvər Qırğızıstan torpağında bir daha ürəkdən salamlayıram”, - deyə ”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.

Ramiz Mikayıloğlu

Mənbə: apa.az

Xəbər Lenti