Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 08:16
"Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
“Qarabağın bərpasına göstərdiyiniz dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Birlikdə Ağdam rayonunda açdığımız və "Manas" adını daşıyan məktəbdə artıq uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın növbəti rəmzidir. Demək istəyirəm ki, xalqlarımızın birliyi təkcə Qarabağ sakinləri tərəfindən deyil, bütün Azərbaycanda yüksək qiymətləndirilir. Qırğızıstan mədəniyyət günləri də bir daha göstərdi ki, mədəniyyətimiz nə qədər zəngindir və xalqlarımızın yaradıcılıq potensialını daha dolğun şəkildə üzə çıxaran belə tədbirlərə böyük ehtiyac var”, - deyə dövlət başçısı qeyd edib.
Ramiz Mikayıloğlu
Mənbə: apa.az