Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 10:14
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti çərçivəsində bu gün üç birgə layihənin açılışı olub, daha səkkiz təşəbbüsün icrasına isə start verilib.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Qırğızıstan Prezidenti Azərbaycan Prezidenti ilə görüşdə ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və qarşılıqlı ticarət dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd etdiklərini bildirib: “İşgüzar əlaqələrin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün bundan sonra da əlverişli şərait yaradılması barədə razılığa gəldik.
Bu gün Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti çərçivəsində üç birgə layihənin açılışı oldu və daha səkkiz təşəbbüsün icrasına start verildi.
Ölkələrimizin tranzit potensialından səmərəli istifadə və nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirdik.
Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən biri kimi mühüm rolunu qeyd etdik.
Həmçinin, energetika sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik.
Bu gün Azərbaycan tərəfinin göl sahilində inşa etdiyi ilk beşulduzlu otelin təntənəli açılışı keçiriləcək. Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzinə çevriləcək və turizm potensialının inkişafına mühüm töhfə verəcək”.
Ramiz MikayıloğluMənbə: apa.az