XİN: Mina qurbanlarının sayı 338-ə çatıb

Tarix: 05 Dec 2023 18:07

Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

Qeyd edilib ki, bu gün Ağdam rayonunda mina partlaması nəticəsində minaaxtaran şəxs xəsarət alıb:

"2020-ci ildəki müharibənin sonundan bəri mina qurbanlarının sayı 338-ə çatıb. Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır".

Xəbər Lenti