Britaniya səfiri Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib - VİDEO

Britaniya səfiri Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib - VİDEO

Tarix: 01 Aug 2026 11:55

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust - Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki, diplomat bununla bağlı "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.

"Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək", – deyə Səfir bildirib.

Videomüraciətdə səfir Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeirindən də misralar səsləndirib.

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.

İlqar Xudiyev Böyük Britaniyanın səfiri Azərbaycan dili Ana dili şeiri

Mənbə: apa.az

Xəbər Lenti