Şənbə, 8 Avqust, 2026
Tarix: 04 Aug 2026 13:44
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilən malların siyahısı və malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilən malların siyahısı və malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Mənbə: apa.az