Çərşənbə, 5 Avqust, 2026
Tarix: 04 Aug 2026 13:51
ATƏT mina və PHS-lərlə bağlı təcrübəsi olan beynəlxalq təsisat kimi Azərbaycana bu sahədə dəstək göstərə bilər.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ATƏT bu sahədə xüsusi layihələr icra edə bilər.
“Bununla bağlı gözləntilərimizi səsləndirdik”, - Azərbaycan xarici işlər naziri əlavə edib.
Mənbə: apa.az