Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 14:36
Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbəsi zamanı Latviyanın xarici işlər naziri Bayba Braje bir müddət sığınacaqda qalmalı olub.
APA xəbər verir ki, o, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Braje Rusiya hücumu nəticəsində həlak olanların ailələrinə başsağlığı verərək, Ukrayna xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, Latviyanın xarici işlər naziri hücumdan bir gün əvvəl iki günlük rəsmi səfərlə Ukrayna gəlib. Səfər çərçivəsində onun Ukrayna rəsmiləri ilə təhlükəsizlik, hərbi yardım və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi nəzərdə tutulur.
İlqar Xudiyev Latviya XİN rəhbəri Ukrayna Rusiya Kiyev
Mənbə: apa.az