Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 14:02
Lənkəranda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Liman şəhərində Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Kia”da olan üç nəfər, Cəlilabad rayon sakinləri - Vüsal Şahbazov, Sadiq Heydərov və Adil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Lənkəran Liman yol qəza xəsarət

Mənbə: apa.az