Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 15:06
İran Prezidenti Məsud Pezeşkian HAMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığı aparıb. APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian Xəlil əl-Həyyanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, İran xalqı və rəhbərliyinin Fələstinə dəstəyini bir daha vurğulayıb. Pezeşkian telefon danışığı zamanı ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarına toxunub. O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Fələstin məsələsi İranın xarici siyasətində əsas yerini qoruyur. Xəlil əl-Həyya isə İranın təhdidlər qarşısındakı mövqeyini yüksək qiymətləndirib. O deyib ki, İran regionda yeni reallıqlar formalaşdırmağa nail olub. O, “İsraili regionda sabitliyi pozan əsas amil” adlandırıb. Xəlil əl-Həyya vurğulayıb ki, HAMAS siyasi danışıqları digər Fələstin qrupları ilə koordinasiyalı şəkildə davam etdirir.
Haşim Rahimi HAMAS PezeşkianMənbə: apa.az