ABŞ SEPAH-la əlaqəli üç aviaşirkət və iki təyyarəyə tətbiq olunan sanksiyaları ləğv edib

ABŞ SEPAH-la əlaqəli üç aviaşirkət və iki təyyarəyə tətbiq olunan sanksiyaları ləğv edib

Tarix: 05 Aug 2026 18:40

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli üç aviaşirkət və iki təyyarəyə qarşı tətbiq edilmiş terrorizmə qarşı sanksiyaları ləğv edib.

Bu barədə "Reuters" məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, sözügedən aviaşirkətlər və təyyarələr artıq terrorizmlə əlaqədar sanksiyalar siyahısında yer almır.

Hələlik ABŞ administrasiyası sanksiyaların ləğv edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.

Bu addım ABŞ ilə İran arasında danışıqların davam etdiyi və Vaşinqtonun yaxın günlərdə Tehranla mümkün razılaşmanı elan edə biləcəyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.

İlqar Xudiyev ABŞ-İran danışıqları sanksiyalar

Mənbə: apa.az

Xəbər Lenti