“Reuters”: İran Hörmüz boğazı üzərində qismən nəzarət əldə edə bilər

“Reuters”: İran Hörmüz boğazı üzərində qismən nəzarət əldə edə bilər

Tarix: 05 Aug 2026 18:29

İran və Oman arasında müzakirə olunan yeni razılaşma Tehrana Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində qismən nəzarət imkanı verə bilər.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, İrana edilən ən mühüm güzəştlərdən biri hesab olunur.

Bununla belə, mənbələr ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmanın qaçılmaz olduğu barədə bəyanatını təsdiqləməyiblər. Onların sözlərinə görə, razılaşmanın bir sıra mühüm detalları hələ də razılaşdırılmayıb.

“Reuters”ə danışan regional mənbələrdən biri bildirib ki, Hörmüz boğazına nəzarətin müəyyən formasının İrana verilməsi ilə bağlı artıq güzəşt edilib.

Yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, Tehran boğazdan keçərək Fars körfəzinə daxil olan gəmilərin yüklərinin dəyərinin 5–7 faizi həcmində rüsum tətbiq edilməsini təklif edib. Oman isə təxminən 3 faizlik daha aşağı rüsum variantını müzakirə edir.

İlqar Xudiyev ABŞ İran Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti