Ukrayna ordusu Rusiyanın nəzarətində olan ərazilərdə 13 enerji obyektinə zərbə endirib

Ukrayna ordusu Rusiyanın nəzarətində olan ərazilərdə 13 enerji obyektinə zərbə endirib

Tarix: 05 Aug 2026 19:46

Ukrayna ordusu son 48 saat ərzində Rusiyanın nəzarəti altındakı ərazilərdə 13 enerji obyektinə zərbə endiriblər.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegaram” kanalında məlumat yayıb.

Məlumata görə, iyulun 1-dən avqustun 5-dək davam edən əməliyyat çərçivəsində ümumilikdə 201 enerji obyekti hədəfə alınıb.

Bildirilib ki, zərbələr nəticəsində Mariupol, Melitopol, Heniçesk, Berdyansk, Zuqres, Primorski Posad və digər yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 750 kV, 330 kV, 150 kV və 110 kV-luq yarımstansiyalar sıradan çıxarılıb.

İlqar Xudiyev Ukrayna ordusu Rusiya enerji obyektlərinə zərbələr

Mənbə: apa.az

Xəbər Lenti