Ermənistanda sentyabrın 15-də TRIPP sazişinin ölkə Konstitusiyasına uyğunluğu nəzərdən keçiriləcək

Ermənistanda sentyabrın 15-də TRIPP sazişinin ölkə Konstitusiyasına uyğunluğu nəzərdən keçiriləcək

Tarix: 05 Aug 2026 21:08

Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən etibarən ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğu məsələsinin araşdırılmasına başlayacaq.

Bu barədə "News.am" məlumat yayıb.

Məlumata görə, sazişdə əks olunan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib.

Ermənistan ABŞ TRIPP

Mənbə: apa.az

Xəbər Lenti