Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 20:28
Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.
APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb. Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.
Cəmilə BabayevaMənbə: apa.az