Gürcüstanda elektrik enerjisi ilə təchizat qismən bərpa olunub - YENİLƏNİB

Gürcüstanda elektrik enerjisi ilə təchizat qismən bərpa olunub - YENİLƏNİB

Tarix: 05 Aug 2026 21:51

Gürcüstanda elektrik enerjisi ilə təchizat qismən bərpa olunub.

APA-nın yerli bürosu xəbər verir ki, artıq əksər bölgə və şəhərlərdə əhaliyə elektrik enerjisi verilir.

Yayılan məlumatlara əsasən, elektrik enerjisi kəsintisi "İnquri" SES-də planlı sınaqlar zamanı baş verib. *** 20:28

Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb. Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti