Pezeşkian:  Onlar Suriya kimi, İranı da 48 saat ərzində ələ keçirməyi planlaşdırırdılar

Pezeşkian: Onlar Suriya kimi, İranı da 48 saat ərzində ələ keçirməyi planlaşdırırdılar

Tarix: 06 Aug 2026 00:13

İran Prezidenti Məsud Pezeşkian düşmənlərin İranı qısa müddətdə ələ keçirməyi planlaşdırdıqlarını iddia edib.

APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasına müsahibəsində danışıb.

“Onlar planlar qurmuşdular və düşünürdülər ki, Suriyada etdikləri kimi, İranı da 48 saat ərzində ələ keçirə bilərlər”, – deyə Pezeşkian bildirib.

Prezident qeyd edib ki, son aylarda baş verən hadisələr və yüksək vəzifəli şəxslərin həlak olması ölkə üçün ağır sınaq olub.

Pezeşkian İran xalqının birliyinin vacibliyini vurğulayaraq bildirib ki, ölkə indiyədək ən çətin dövrləri məhz xalqın dəstəyi ilə geridə qoyub.

“Əgər xalqla birlikdə olsaq, heç bir güc İranı yerə sərə bilməz”, – deyə o əlavə edib.

İran Prezidenti ABŞ-la aparılan danışıqlara da toxunaraq bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri danışıqları dəstəklədikdən sonra İranın Ali Rəhbəri də bu prosesi təsdiqləyib.

Haşim Rahimi İran Məsud Pezeşkian ABŞ danışıqlar

Mənbə: apa.az

Xəbər Lenti